![]()
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərindəki Ekspo Mərkəzinə gəlib.
Dövlət başçısının COP31 Liderlər Sammitində iştirakı Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi önəmin, beynəlxalq ekoloji təşəbbüslərə fəal dəstəyinin və iqlim dəyişmələri ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığa sadiqliyinin növbəti təzahürüdür.
Azərbaycan beynəlxalq iqlim proseslərində fəal iştirak etməklə ekoloji təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişafın təşviqi və qlobal iqlim çağırışlarına qarşı birgə mübarizənin gücləndirilməsi istiqamətində öz mövqeyini ardıcıl şəkildə nümayiş etdirir.



Subyekt.az