![]()
Bu gün Azərbaycanın görkəmli şairi, dramaturqu, ədəbiyyatşünası və tərcüməçisi, Xalq şairi Balaş Azəroğlunun anadan olmasının 105 illiyi tamam olur.
Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il noyabrın 11-də Bakıda anadan olub. Erkən yaşlarından ədəbiyyata maraq göstərən şairin ilk mətbu şeiri “Dnepr” 1936-cı ildə çap olunub. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüb. Sonralar Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetində təhsil alıb.
Balaş Azəroğlunun yaradıcılığında Vətən sevgisi, Cənubi Azərbaycan həsrəti və milli-mənəvi dəyərlər əsas yer tutur. “Savalan”, “Mübarizə yollarında”, “Səhər şəfəqləri”, “Sinəm Savalan dağıdır”, “Gəl, ay bahar” və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. O, Nizaminin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini və Məhəmmədhüseyn Şəhriyarın şeirlərini fars dilindən Azərbaycan dilinə tərcümə edib.
1981-ci ildə Xalq şairi fəxri adına layiq görülən Balaş Azəroğlu “Şərəf nişanı”, “Xalqlar dostluğu” və “Şöhrət” ordenləri ilə təltif olunub. Görkəmli şair 2011-ci il aprelin 24-də Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Subyekt.az