![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında yazıb.
“Başlanğıc keçid dövrü dinc, demokratik və Venesuela xalqının iradəsinə hörmətə əsaslanmalıdır. Ümid edirik ki, 2024-cü ildə seçilən prezident Edmundo Qonsales Urrutia bunu mümkün qədər tez təmin edə biləcək”, – deyə o bildirib.
Makron Fransanın regional tərəfdaşları ilə danışıqlar apardığını və ölkənin bu qeyri-müəyyənlik zamanında vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazır olduğunu vurğulayıb.
Fransa prezidentinin sözlərinə görə, ABŞ Venesuelanı Nikolas Maduronun diktaturasından azad etdi:
“Venesuela xalqı bunu qeyd etməyə bilməz. Maduro hakimiyyəti ələ keçirmiş və fundamental azadlıqları tapdalamışdı. O, bununla da xalqının ləyaqətini təhqir etmişdi”.
Qeyd edək ki, Venesuelada son seçkilər 28 iyul 2024-cü ildə keçirilib.
Subyekt.az