![]()
23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ilə əlaqədar Şərqi Zəngəzur Regional Təhsil İdarəsində tədbir təşkil olunub. Tədbirdə idarə rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov dövlət qulluğunun ölkənin idarəetmə sistemində və ümumi inkişaf prosesində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, dövlət qulluqçularının fəaliyyətində yüksək peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət əsas prinsip kimi çıxış etməlidir.
Qeyd olunub ki, təhsil sahəsində çalışan dövlət qulluqçuları təhsilin keyfiyyətinin artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində əhəmiyyətli funksiyalar icra edirlər. Fuad Bədəlov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir çərçivəsində əməkdaşlar dövlət qulluğunun məsuliyyətli və şərəfli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb, göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.
Sonda fəaliyyətində fərqlənən bir qrup əməkdaş Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.










#SərqiZəngəzur #Təhsil #TarixdəBuGün
Subyekt.az