Azərbaycan Respublikası
Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Globalinfo.az” saytının
yayın həyatına başlamasının ikinci ildönümü ilə bağlı saytın kollektivini təbrik edib. Saytın qurucu-baş redaktoru, Əməkdar jurnalist Azər Ayxana ünvanlanmış məktubda deyilir:
“Hörmətli Azər müəllim,
Sizi, Sizin şəxsinizdə
“Globalinfo.az”ın yaradıcı heyətini
saytın yayına başlamasının ikinci ildönümü ilə bağlı ürəkdən təbrik edirəm!
Siz vətəndaş cəmiyyəti institutlarının çalışmalarına, tanınmış aydınların, fikir adamlarının mövqeyinə geniş meydan tanımaqdasınız. Saytınız xalqımızın mənəvi dəyərlərinə, eləcə də, Türk dünyasının ortaq dəyərlərinə özəl sayğısı və qayğısı ilə seçilir.
Ölkəmizfə hökm sürən dini dözümlülük, dövlətimizin, xalqımızın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri sizin və digər konstruktiv mövqeli KİV-lərin sayəsində bir daha tirajlanır, bununla da, Azərbaycan həqiqətləri yeni ünvanlar qazanmış olur.
Siz həmçinin Milli Məclisin, millət vəkillərinin, o cümlədən İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətinə davamlı olaraq diqqət yetirir, müvafiq informasiyaları operativ olaraq işıqlandırırsınız.
Məmnunluqla vurğulamaq istərdim ki, doğru, çevik xəbərçilik “Globalinfo.az”-ın xarakterinə çevrilib.
Sizi, bütün əməkdaşlarınızı bir daha təbrik edir, hər birinizə yeni yaradıcılıq uğurları diləyirəm”!
Subyekt.az