![]()
Subyekt.az Kəlbəcər rayonunun İstisu qəsəbəsində inşa olunan müasir müalicə-istirahət mərkəzində aparılan son işləri və mövcud vəziyyəti əks etdirən yeni video görüntüləri təqdim edir.
Kəlbəcərin tarixi İstisu kurort ənənələrinin bərpası və bölgənin turizm potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri İstisu müalicə-istirahət mərkəzidir.
Bu gün Kəlbəcər rayonunun İstisu qəsəbəsində yerləşən kompleksdə son görülən işlərlə bağlı növbəti videoçəkilişimizi həyata keçirmişik. Hazırladığımız görüntülərdə mərkəzin mövcud vəziyyətini, ərazidə aparılan işləri və layihənin ümumi mənzərəsini ictimaiyyətə təqdim edirik.
Layihənin ümumi ərazisi 80 min kvadratmetr nəzərdə tutulub. Kompleksin tərkibinə 145 nömrədən ibarət hotel binası, 10 kottec, beş inzibati bina və 10 min kvadratmetr sahəsi olan SPA mərkəzi daxildir. SPA mərkəzində 16 açıq və qapalı hovuzun yaradılması planlaşdırılıb.
İstisu mineral suları özünəməxsus fiziki-kimyəvi tərkibi və müalicəvi xüsusiyyətləri ilə Azərbaycanın təbii sərvətləri sırasında xüsusi yer tutur. Bu layihənin reallaşdırılması İstisunun əvvəlki şöhrətinin bərpası, sağlamlıq turizminin inkişafı və Kəlbəcərin iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Subyekt.az olaraq İstisu müalicə-istirahət mərkəzində son görülən işləri və çəkiliş zamanı qeydə aldığımız yeni görüntüləri oxucularımıza və izləyicilərimizə təqdim edirik.
Kəlbəcərdən ən son görüntülər – İstisu müalicə-istirahət mərkəzi.
Rövşən Hüseynli
Subyekt.az