![]()
Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və digər mövzularda müraciətləri dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Subyekt.az