Azərbaycanın Dövlət Sərhəd Xidməti Türkiyənin 29 Oktyabr – Cümhuriyyət bayramını təbrik edib. Bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib. “Cümhuriyyətin 101-ci ildönümündə Türkiyə xalqına davamlı sülh, rifah və əmin-amanlıq diləyir, qardaşlığımızın gələcək nəsillərə nümunə olmasını arzu edirik!” – deyə təbrikdə bildirilir. Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı “X” hesabındakı paylaşımında yazılıb. “29 oktyabr – müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik”,- paylaşımda bildirilib. Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: “Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq”. Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr – Cümhuriyyət bayramını təbrik edib. Bu barədə nazirlik məlumat yayıb. “Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edirik. Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü və daimi olsun! Yaşa, var ol, Türkiyə!” – deyə təbrikdə bildirilib.
Subyekt.az