![]()
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edərək Qrenlandiya ətrafında yaranan vəziyyətə diqqət çəkməyə çağırıb. Onun sözlərinə görə, Qrenlandiya mövzusu geniş müzakirə olunsa da, bir çox lider bu məsələ ilə bağlı necə hərəkət edəcəklərinə əmin deyil.
“Hamı Qrenlandiyaya diqqət yetirir, lakin aydındır ki, əksər liderlər nə etməli olduqlarını bilmirlər,” – deyə Zelenski bildirib. Prezident qeyd edib ki, Avropada bəziləri ABŞ-ın bu mövzuya marağının zamanla azalacağına ümid edir və məsələnin öz-özünə gündəmdən düşəcəyini gözləyir.
Lakin Zelenski sual edir: “Bəs əgər bu, keçib getməsə, onda nə olacaq?”
Ukrayna lideri bu fikirləri səsləndirərkən ölkəsində baş verən hadisələrə də işarə edib. Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum edəndə Avropa bu ssenariyə hazır deyildi.
“Bu, artıq hər kəs üçün aydındır. İndi isə sual yaranır: əgər oxşar bir cəhd Qrenlandiya ilə bağlı baş versə, Avropa buna hazır olacaqmı?” – deyə Zelenski vurğulayıb.
Subyekt.az