Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.
Subyekt.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq Əmri ilə İsmayılov İlyas İsa oğlu mərkəzin rəisi təyin olunub.
Qeyd edək ki, İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov ötən ilin dekabrında vəzifəsindən azad edilib.
Subyekt.az