Xarici ölkələrə köçmək istəyən minlərlə insan var. Lakin çox insan bunun necə mümkünləşəcəyi, hansı yolların olduğu barədə məlumatsızdır. Çox insan elə bilir ki, xaricdə yaşamaq yalnız təhsil və ya iş xətti ilə mümkündür. Əslində, elə deyil.
Bəs, xaricə hansı yollarla köçmək, orada daimi yaşamaq olar? Nə qədər büdcə olmalıdır?
Subyekt.az xaricdə yaşama üsullarını təqdim edir.
Hamının bildiyi kimi, ilk üsul təhsil yolu ilə getməkdir. İstənilən ölkəyə təhsil yolu ilə getmək mümkündür. Amma bunun üçün siz, fərqli imtahanlar verməlisiniz. Məsələn, Avropa ölkələri və Amerikada “İELTS” imtahanı tələb olunur. Təhsil yolu ilə tam təqaüdlü də oxumaq mümkündür. Tam təqaüd qazandığınız zaman universitet illiyi və yaşayış xərcləri dövlət tərəfindən təmin olunur.
Digər bir yol isə karyeradır. Əgər ixtisasınız kifayət qədər tələb ediləndirsə, həmin sahəni xarici ölkələrdə də təkmilləşdirə bilərsiniz. Məsələn, Avropa ölkələrində texnologiya sahəsi kifayət qədər inkişaf edib.
Üçüncü üsul isə könüllülük layihələridir. Demək olar ki, hər ölkədə beynəlxalq vətəndaşlar üçün nəzərdə tutulan könüllülük proyektləri var. Siz həmin layihələrə müraciət edərək qısa müddətlik də olsa, xaricə köçə bilərsiniz.
Dördüncü variant “Green card” dır. Düzdür, “Green card” sadəcə bir lotoreyadır. Amma bunu qazanan milyonlarla insan var. Hər il oktyabr-noyabr aylarında müraciətlər başlayır. Bu lotoreyanı qazansaz, ailənizi də Amerikaya apara bilərsiniz. Lakin qeyd edək ki, “Green card” qazansaz belə, ən azı 15-20 min dollar civarında büdcə olmalıdır.
Beşinci üsul “Work and Travel” layihəsidir. Bu proyekt ABŞ, İspaniya və s. ölkələrdə mövcuddur. Sözügedən layihə adından da göründüyü kimi, işləyərək səyahət etməyi reallaşdırır. Proqramı bitirdikdən sonra da həmin ölkədə yaşamaq və işləmək olar. Bunun üçün siz səfirliyə müraciət etməli və özünüzə miqrasiya vəkili tutmalısınız.
Altıncı üsul evlilik birləşməsidir. Əgər bir xarici vətəndaşla ailə qursanız, avtomatik sizin də o ölkədə daimi yaşamaq icazəniz yaranır. Amma həmin evlilik real olmalıdır. Əks halda, səfirlik sizə qəti şəkildə viza verməyəcək.
Yeddinci və sonuncu üsul isə qaçqınlıq yolu ilə immiqrasiya etməkdir. Lakin bu yol heç kəsə tövsiyyə olunmur. Çünki yolun sonunda deportasiya oluna bilərsiniz. Həmçinin bu yolda çətinliklər də az deyil. Bir müddət işləmək icazəniz belə olmayacaq.
Subyekt.az