
Vətən müharibəsi iştirakçıları olmuş, hazırda daxili işlər orqanlarında xidmət edən əməkdaşlarla Hüquq fakültəsinin 1-ci kurs kursantları arasında 30 oktyabr 2024-cü il tarixində görüş keçirilib. İlk öncə Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq Dövlət Himni səsləndirilib, daha sonra isə qonaqlar kursantlara təqdim ediliblər.
“Vətən Müharibəsi Qəhrəmanı”, “Füzulinin və Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş polkovnik-leytenant Bədəlov Nicat Mehman oğlu, “Zəfər” ordeni, “Cəbrayıl, Xocavənd, Şuşa və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik-leytenant Rəhimov Zaur Şirinbəy oğlu və “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Muxtarov Ələsgər Faiq oğlu Vətən Müharibəsində keçdikləri şərəfli zəfərə açılan yoldan söhbət açıblar.
Vətən müharibəsində əzmi, mətinliyi və mübarizliyi ilə bütün dünyaya öz vətən sevgisini nümayiş etdirən qəhrəmanlarımız Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsinə xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən, vətənimizin işğal olunmuş torpaqlarının mənfur düşməndən geri alınaraq azad edilməsi yolunda yaşadıqları həyəcan və sevinc xatirələrindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışıblar və onlara bu yolda mətin və əzmkar olmağı tövsiyə ediblər.
#AzərbaycanPolisi #DİN #QƏHRƏMANLARIMIZ #VETERANLARIMIZ
Subyekt.az