Rusiyanın avtokratik müttəfiqlərini birbaşa Ukraynaya qarşı müharibəyə cəlb etdikdən sonra hesab etmək olar ki, üçüncü dünya müharibəsi başlayıb.
Subyekt.az Editor.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı “UP-100” mükafatlandırma mərasimində çıxışı zamanı deyib. Zalujnı qeyd edib ki, 2024-cü ildə Ukrayna artıq təkcə işğalçı ölkə Rusiya ilə üzləşmir.
“Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısında dayanıblar, artıq Ukraynada İran “Şahed”ləri heç bir tərəddüd etmədən dinc insanları öldürürlər və onlar bunu açıq şəkildə bəyan edirlər. Ukraynada Çin mərmiləri partlayır, Rusiya raketləri Çin hissələrini istifadə edir”.
Zalujnının fikrincə, Ukraynanın və bütün dünyanın hələ də düzgün nəticə çıxarmaq şansı var. Bunu hələ də burada, Ukrayna ərazisində dayandırmaq olar, amma nədənsə bizim tərəfdaşlarımız bunu başa düşmək istəmirlər.
Subyekt.az