![]()
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində mühüm işlər həyata keçirilir.
Subyekt.az xəbər verir ki bunu AZƏRTAC-a açıqlamasında “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Gülçin Zeynallı İB təşkilatçılığı ilə “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransdan öncə deyib.
O konfransın əhəmiyyətini xüsusi vurğulayıb: “Biz konfrans vasitəsilə milli məfkurəmizin və mənəvi irsimizin təbliğinə, ideoloji təhlükəsizlik sahəsində maarifləndirməyə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyirik”.
Subyekt.az