![]()
Qloballaşma proseslərinin sürətləndiyi və informasiya axınının intensivləşdiyi müasir dövrdə xalqımızın zəngin mənəvi irsinin, əsrlər boyu formalaşmış milli dəyərlərinin və tarixi kimliyinin qorunub saxlanılması, eyni zamanda, gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.
Subyekt.az xəbır verir ki bu fikirləri AZƏRTAC-a açıqlamasında İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin(İB) sədri Xəyyam Əsgərov söyləyib.
O, İB-nin təşkilatçılığı ilə “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransın məqsədinə toxunaraq deyib: “Konfransımızın əsas məqsədi məhz bu strateji istiqamətlərin vacibliyini bir daha ön plana çəkmək, ideoloji təhlükəsizlik çağırışları fonunda alimlərin, tədqiqatçıların və ictimai xadimlərin iştirakı ilə geniş fikir mübadiləsi aparmaqdır. Tədbirdə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislərin də iştirakı mövzuya beynəlxalq müstəvidə yanaşmağa və təcrübə mübadiləsinə geniş imkan yaradır”.
X.Əsgərov əmin olduğunu bildirib ki, konfrans çərçivəsində aparılacaq elmi-praktiki müzakirələr, irəli sürülən təklif və tövsiyələr milli-mənəvi dəyərlərin təbliği işinə, eləcə də bu sahədə yeni və səmərəli əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.