![]()
Türkiyənin Adana şəhərinin Kozan rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat paylaşıb. Təbii fəlakətlə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya dərhal çöl baxışlarına başlanıldığını və hazırda hər hansı neqativ halın olmadığını bildirib. Zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilib.
Subyek.az