
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür. Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir. 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. Bu gün hər bir azərbaycanlı üçün bu bayram qalibiyyətə, zəfərə, istiqlqla gedən bir yoldur. Biz qalib dövlətin mübariz və əzmli xalqıyıq. Bu bayram bizim qürur yeimizdir. Bayramımıza şan qatan qardaş Türkiyə təbrikləri isə ən böyük sevincimizdir. Bu günkü gün bütün dünyaya bir daha sübut olundu ki, bu bayram təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının bayramıdır. Dünyanın dörd bir yanından bayramımıza, sevincimizə şərik olan, bizimlələ sevinib, bizimlə gülən, bizimlə qürurlanıb, bizimlə öyünən yurddaşlarımıza, Türk Xalqına eşq olsun! Biz Azərbaycan xalqı olaraq hər bir təbrikə qucaq açıb qardaş əlini dostca sıxırıq. Türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014- 2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı Mövlud Çavuşoğlunun öz şəxsi hesabı sosial şəbəkəsindən paylaşımı-doğma, isti və bir o qədər də qürurverici təbriki hər bir azərbaycanlı kimi məni də duyğulandırdı. Təbrikin məzmununu təqdim edirəm: “Can Azərbaycanın Müstəqillik günü qutlu olsun! Biz türklər azad doğulmuşuq, azad yaşayırıq”…
Burda böyük Türk Dünyasının ölməz Şairinin sözlərini xatırlayıram.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Yolumuz aydın, qardaşlığımız əbədidir! Təşəkkürlər Türk dünyası, təşəkkürlər Turan elləri!
Rövşən Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü
Subyekt.az xəbər portalının təsisçi, baş redaktoru
Subyekt.az