“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir”. Fox News” -in yaydığı məlumata görə, bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib. “Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən “bağlanmalıdır”. Bilirəm ki, inanılmaz səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız”, – Bayden bildirib. O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.
Subyekt.az