Hadisə rayonun Qovlar kəndindəki dönərxanalardan birində baş verib. Şəhər sakinləri 23 yaşlı Lamiyə Elşad qızı Məmmədova, 29 yaşlı Maarif Arif oğlu Məmmədov, 40 yaşlı Coşqun Ağaverdi oğlu Nəsibov, 2 yaşlı Tunar Ağaverdi oğlu Əhmədov, 3 yaşlı Milay Elvin qızı Quliyeva, 29 yaşlı Nərmin Nizami qızı Quliyeva, İbrahimhacılı kənd sakinləri 44 yaşlı Aqil Dilqəm oğlu Alıyev, 9 yaşlı Eldar Vüsal oğlu Hüseynov, qardaşı 12 yaşlı Xəyal, 58 yaşlı Gülnarə Həsən qızı Səfərova, 38 yaşlı Aqil Cəmaləddin oğlu Səfərov, Köhnəqala kənd sakini 13 yaşlı Rahib İlqar oğlu Ələsgərli, 11 yaşlı Fərid Tahir oğlu Mirzəyev, 13 yaşlı Emil Tahir oğlu Mirzəyev, Alakol kənd sakini 38 yaşlı Turanə Yolçu qızı Mirzəyeva, Əyyublu kənd sakini 39 yaşlı Nail Mehdi oğlu Qasımov, Gəncə şəhər sakinləri 17 yaşlı Xəyalə Ağasəf qızı Sadıqova və 22 yaşlı Nərminə Arif qızı Məmmədova olmaqla ümumilikdə 18 nəfər qidadan (dönər) zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Subyekt.az