Qazaxıstanın Atırau şəhərində ticarət-əyləncə mərkəzi yanır, xilasedicilər ziyarətçiləri təxliyə edirlər.
Subyekt.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Bu dəqiqələrdə Atırau şəhərinin yanğınsöndürənləri Bəxtigirey Kulmanov küçəsində yerləşən “Baizaar” ticarət mərkəzində baş vermiş yanğını söndürürlər”, – məlumatda bildirilir.
“Atyrau Online”ın verdiyi xəbərə görə, binanın içərisindəki tüstü insanların çıxış yolu tapmasına mane olur və bu, təxliyəni çətinləşdirir.
Subyekt.az