“…İlham Əliyev həm biliyinə, həm ağlına, həm təcrübəsinə, həm də insani keyfiyyətlərinə görə Azərbaycan siyasi səhnəsində öz yerini tutub”. Heydər Əliyev, Ümummilli lider!
Tarixin yaddaşına möhürünü vurmuş fövqəladə şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla, rəğbətlə xatırlanır. Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqınının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişafını müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi.
Ümumilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış və çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı…
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” dediyi dövlətinə, xalqına İlham Əliyev kimi sözün böyük mənasında bir sərkərdəni, vətən fədaisini, layiqli ölkə başçısını ərmağan etdi.
Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlik və eyni zamanda ağır bir məsuliyyətdir.
2003-cü ilin prezident seçkilərində İlham Əliyev qalib gəldi. Həmin ilin 12 dekabrında ulu rəhbər əbədiyyətə qovuşdu. Tarixin hər üzünü görmüş, dəfələrlə zamanın sərt sınaqlarından üzüağ çıxmış xalqımız yaxşı bilirdi ki, siyasətlə məşğul olmaq , Ata yurdumuzun, doğma xalqımızın mənafeyini qorumaq hər kəsin hünəri deyil. Dünya sürətlə dəyişir, ölkələr arasında yeni münasibətlər, əlaqələr yaranır. Yeni rəhbər bütün bunlardan baş çıxarmalı, Heydər Əliyevin tutduğu yoldan dönməməli, işığa, intibaha, tərəqqiyə doğru addımlamalı idi. Belə də oldu. Ölkəmiz dünya ölkələri arasdında, siyasi, iqtisadi, sosial nüfuzunu qazandı. Azərbaycan həryönümlü inkişafa və yeniliyə yenidən imza atdı. İ.Əliyev yaxşı bilirdi ki, hər bir ölkənin inkişafı onun təhsili ilə bağlıdır. Gələcək uğurların təməli təhsil siyasətindən asılıdır. Beləliklə, təhsil sahəsində islahatlar keçirildi. Səhiyyə, iqtisadi əlaqələr gücləndi, idman, siyasət, mədəniyyət və incəsənətdə yeniliklər həyata keçirildi.
Ölkəmizin müstəqilliyinin qorunması və alınmış torpaqlarımızın azad edilməsi ölkə prezidentini fəaliyyətinin əsas istiqamətini təşkil etdi. Bu məqsədlə Azərbaycan ordusunun daha da güclənməsinə diqqət göstərildi. Ordunun müasir silahlarla təchiz edilməsi təmin edildi. İlham Əliyev həm də Azərbaycan ordusunun Ali Baş Kopmandanıdır. Azərbaycan qısa zamanda dünyanın sürətlə inklişaf ölkələrindən oldu. Onun hər bir addımı, hər bir uzaqgörən siyasəti xalq tərəfindən böyük razılıq və bir o qədər də əminliklə qarşılandı. Çünki o, daim xalqın içərisində oldu, xalqın istək və tələbini öndə tutdu. O, öz çıxışında deyib: “Mən qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir. Bu siyasət Azərbaycanı regionda lider dövlətə çevrilir. Bu siyasət gənc, müstəqil ölkə kimi Azərbaycanı dünyada tanıdır. Ümid edirəm ki, görülən bütün işlər və görüləcək işlər və görüləcək işlər bizim gücümüzü daha da artıracaqdır. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək, Azərbaycan regionda daha da möhkəm yerini tutacaq və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları daha da yaxşı, rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, firavanlıq şəraitində yaşayacaqlar. Mənim məqsədim budur”.
Bu gün İlham Əliyevin siyasi keyfiyyətləri vizual görüşündə tam nəzərə çarpır. Bütün görüşlərində o demək olar ki, özünün əksər siyasi keyfiyyətlərini nümayiş etdirir. Danışıq tempi, məntiqi ardıcıllıq, lazım olan anda hiss edilmədən müsahibin suallarından yayınmaq, qıcıqlandırıcı suallara qarşı soyuqqanlı reaksiya, səs tonunu tamaşaçı auditoriyası üçün yorucu mahiyyət daşımaması, psixoloji dayanıqlıq və bu kimi keyfiyyətlər imicmeyker xidmətinin uğuru hesab oluna bilər. Fəal siyasi mübarizəyə qoşulan siyasi xadimin gündəlik fəaliyyətinin təsir vektorlarının ictimai rəyə və auditoriyaya yönəltmək istiqamətində qurulduğunu nəzərə alsaq, artıq İlham Əliyev bir siyasətçi kimi ictimai rəy üçün “həzm” olunmaqdadır.
İllər keçdi… Azərbaycan möhkəmləndi, sarsılmaz qalaya çevrildi, DƏMİR YUMRUQ oldu. Artıq o dəmir yumruğun mənfur düşmənin başına vurulması məqamı idi. Torpaqlarımız azad olunmalı, xalqımız ata-baba yurd-yuvasına qayıtmalı idi.
… 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. Səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir! 1994-ci il may ayının atəşkəsindən sonra başlayan, bizi zəfərlərə, qələbələrə səsləyən və aparan ikinci Vətən müharibəsi.
“Çox təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblər üzündən 1988-94-cü illərdə davam edən Birinci Qarabağ savaşını, Vətən Müharibəsini acı da, ağrılı da, etiraf etmək nə qədər çətin olsa belə, uduzmaq, məğlub durumuna düşmək məcburiyyətində qalmışdıq. Azərbaycanı gücsüz və müdafiəsiz görən yağı, zalım düşmən “arxalı köpək qurd basarcasına” torpaqlarımızın 20 faizindən çoxunu işğal etmiş, bir milyondan artıq insanımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdı. Təbii ki, bunlara tək özü nail olmamışdı. Arxasında dayananların, havadarlarının, çirkli çevrələrin, gözləri qandan, insanlıq dramlarından doymayan güc mərkəzlərinin, onlara Azərbaycan-Türk torpaqlarında qondarma dövlət yaradanların sayəsində nail olmuşdu. Ötən dövr ərzində – 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını birmənalı pisləyən, onun işğal olunmuş ərazilərdən qeydşərtsiz çıxmasını tələb edən qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri icra edilməmiş, yerinə yetirilməmişdir. Düşmən qarşısında inadkar, müstəqil dövlət və dövlətçilik, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycanı gördü. Vətənimiz onların yaddaşlarındakı 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil, öz milli maraq və mənafelərini hər şeydən üstün tutan, bu yolda bütün çətinlikləri gözə alan və çətinlikləri bir-bir səbirlə, əzmlə aşan Azərbaycandır. Bu Azərbaycanla, onun qüdrətli lideri cənab İlham Əliyevlə zor, təhdid, diktə dilində danışmaq mümkün deyil və mümkün olmayacaq. Artıq Azərbaycan, onun lideri dünyanın oyun qaydalarını müəyyənləşdirir, artıq özü dünyanın söz və nüfuz sahiblərindən, nəinki yerləşdiyi bölgənin, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. O, diktə edir, o, şərt qoyur… Ona görə də hər vəchlə, xüsusilə, işğalçı Ermənistanın fitnəkarlıqları və təxribatları ilə bir daha Azərbaycanın iradəsini, inkişaf və mübarizə əzmini sındırmağa, məhv etməyə yönələn bütün addımlara baş vurulur. Bu, açıq-aşkar iyul-Tovuz hadisələrində, Ermənistanın hədəflədiyi növbəti qanlı təxribat hərəkətlərində də özünü göstərdi. Düşmən, Qarabağdan yüz kilometrlərlə uzaqda olan Tovuza hücum etməklə, Azərbaycanı bütün dünyanın qarşısında nüfuzdan salmağa, dünya miqyaslı layihələrin icrasını dayandırmaqla, onu etibarsız tərəfdaşa çevirməyə, fakt qarşısında qoymağa çalışdı. Amma bu dəfə də alınmadı, Azərbaycan dövləti, Azərbaycan Ordusu düşmənə və onu bizim üzərimizə qaldıranlara sarsıdıcı zərbə vurdu. Onlar artıq nə etdiklərini və nə edəcəklərini anlamayacaq, dərk etməyəcək dərəcədə rəzil və çıxılmaz durumdadırlar. Artıq onları bu dəfə heç nə, kimsə qurtara, xilas edə bilməyəcək. Hətta, arxalarında dayananlar, qanlı havadarları belə.
Bəli, Azərbaycan dövləti, ölkə Prezidenti dəfələrlə Ermənistana, onun başsız başbilənlərinə, siyasətbazlarına, erməni cəmiyyətinə öz çağırışlarını, öz xəbərdarlıqlarını etmişdi. Son görüşlərindən birində daha doğrusu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə Azərbaycan Prezidenti birmənalı şəkildə demişdi: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Ermənistan və onun arxasında dayananlar isə bu açıq və birmənalı xəbərdarlıqdan dərs, nəticə çıxarmaq əvəzinə, bunun üstündən heç iki sutka keçməmiş növbəti yanlış və qanlı əmələ, təxribata əl atdı, atəşkəsi tam mənada pozdu və qarşısında daha əzmli, daha qərarlı Azərbaycanı gördü. Azərbaycan Silahlı Qüvvələrinə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlamaq əmri verildi, işğal edilmiş torpaqlarımızın son qarışınacan azad edilməsi kimi müqəddəs vəzifə tapşırıldı. Artıq müzəffər və müsəlləh Azərbaycan Ordusu düşmənə əsl, layiqli və haqq etdiyi cavabını verməkdədir, verir və verəcək. Sentyabrın 27-də Azərbaycan xalqına tarixi müraciətində və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ali Baş Komandan cənab İlham Əliyev artıq düşmənə güzəşt olmayacağını, onun layiqli cavabının verildiyini və sonacan veriləcəyini bildirdi. Dövlət başçımız dedi: “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Bəli, cəmi bir neçə gün ərzində Azərbaycan Ordusu növbəti zəfər, tarix yazdı. İşğal altında olan Füzuli və Cəbrayıl rayonlarının 7 kəndi, Goranboy istiqamətində Murov dağı yüksəkliyindəki Murov zirvəsi, Ağdərənin Talış kəndi istiqamətindəki önəmli yüksəkliklər işğaldan azad edilib, nəzarətə götürüldü. Düşmənin 2300-dən çox canlı qüvvəsi məhv edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı:
“Qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər…”
Bəli, Qarabağ münaqişəsi başlayandan bu günə kimi birmənalı mövqe ortaya qoyan, Azərbaycanın haqq işini dəstəkləyən, daim onun yanında olan məhz qardaş və dost, canı, qanı, ruhu bir olan Türkiyəmizdir. Ermənistanla heç bir siyasi-diplomatik əlaqə yaratmayan, Qarabağ məsələsində bir an olsun belə tərəddüd etməyən, başqa mövqe sərgiləməyən, bizə sözü, əməli ilə dəstək olan qardaş və dost Pakistandır. Həmçinin Əfqanıstan, Ukrayna hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında, haqqı və haqlını müdafiə etməkdədirlər. Bəli, Azərbaycan haqq yolunda, haqq savaşındadır. Bizimlə, haqla olanları da, bizimlə olmayanları, haqqa göz yumanları da unutmuruq, unutmayacağıq. Cənab Prezidentin də bəyan etdiyi kimi, biz tamamilə haqlıyıq. “Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq.”
Haqq savaşımız, Vətən müharibəmiz öz zəfəri, öz qələbəsi ilə başa çatdı. Qarabağımızın, işğal olunmuş torpaqlarımızın işğalına tam mənada son qoyulacaq, Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq, dalğalandırılacaq, Qələbə, zəfər marşları çalınacaq, Şəhidlərimizin ruhları sevinəcək. Buna adımız kimi əminik! Allah Səni qorusun Azərbaycan dövləti, Azərbaycan əsgəri. Şərəfin, qürurun, Qələbən mübarək!
“Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” adlı video konfransı kitabxanaçı açıq elan edir. Mənəvi dəyərlər bir cəmiyyətdə tarixən formalaşan, əksəriyyət tərəfindən qəbul olunan və ictimai münasibətlərdə mühüm rol oynayan, insanların həyat tərzini, seçimlərini müəyyən edən dünyagörüşü, kollektiv aidiyyətlik hissləri yaradan və milli şüurun əmələ gəlməsində mühüm rol oynayan vacib komponentdir. Bu dəyərlər tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxmışdır. Bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Çünki sözügedən dəyərlərin yaradıcısı xalqdır.
Tarixi təcrübə göstərir ki, öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik itmişlər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun qorunub saxlanmasi üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlaması lazımdır.
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində yazılıb: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Milli şüura, milli mədəniyyətə sahib olan cəmiyyətin mövcudluğu qloballaşma mühitində milli-mənəvi dəyərlərin və dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Dövlətimizin bu məsələdə mövqeyi dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Bu baxımdan gənclərin milli-mənəvi dəyərlər əsasında – milli ruhda tərbiyə alması vacib məsələdir. Bu gün dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda, eləcə də ölkəmizdən kənarda müstəqil formada inkişaf edən Azərbaycan gəncliyi həm millimənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində dinamik təbəqə kimi çıxış edir. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, “biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil bu ruhda tərbiyə almalıdır”: 2020-ci il sentyabrın 27də başlamış Vətən müharibəsi zamanı öz təntənəsini yaşayan dövlət-xalq birliyindən, bu birliyin əldə olunmasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolunu daha aydın anlamaq olar. Tarixdən də məlum olduğu kimi, xalqın milli ruhu dövlətin siyasəti ilə daha da yüksəlir, onu regional və qlobal təhdidlərə qarşı səfərbər edir, qarşıya qoyulmuş hədəflərə, milli maraqların təmin olunmasına zəmin yaradır. Vətən müharibəmiz ölkəmizin müxtəlif etnik mənsubiyyətə malik vətəndaşlarının, bötüvlükdə isə xalqımızın birlik və vəhdətinin alnıaçıq sınağı oldu, əslində, bütün millətimizin qəhrəmanlığı ən çətin şəraitdə nümayiş olunaraq bir daha təsdiqini tapmış oldu. Uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi 44 günlük aktiv müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq bir yumruq kimi birləşə bilir.
Bəli, biz 44 günlük haqlı savaşımızda qalib gəldik. Biz qalib dövlətin qalib xalqıyıq!
Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan mənəvi dəyərlərdir. Məhz bu mənəvi dəyərlər bizim Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir və gələcəyə gedən yolumuza işıq tutur.
XVIII əsrin 50-ci illərində əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın ilk çağlarda adı xanın şərəfinə Pənahabad adlanıb. Həm Pənahalı xanın dövründə, həm də oğlu İbrahim xanın dövründə şəhər böyüyüb, müdafiə bəndləri, qalalar tikilib. Şuşa Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biridir. Şəhər Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi də hesab olunurdu. Şuşa şəhəri-Azərbaycanın Şuşa rayonunun mərkəzidir. Ətraf meşələrdə və vadilərdə çoxlu mineral mənbələri, dərman bitkiləri və çiçəklər var. Azərbaycanın fəxri olan Xarı bülbül gülü də məhz bu ərazidə məskən salıb. Ərazinin 20%-ni meşələr təşkil edir. Şuşa Qarabağ silsiləsində 1400-1500 metr yüksəklikdə yerləşir. Dağ-iqlim kurortudur. Burada müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şirlan) var. Əsas təbii müalicə vasitəsi Şirlanın bir neçə bulaqlarının dəmirli karbon sularıdır. Təbii müalicə vasitələrinə dağ iqlimi də aid edilir.
Şuşanın ərazisində tarixi-memarlıq qoruğu, şəhərin tarixi muzeyi, “Daş yaradıcılıq” tarixi etnoqrafiya muzeyi, Üzeyir Hacıbəyovun və Bülbülün ev muzeyləri yerləşirdi. Burada Şuşa qalasının qalıqları, İbrahim xanın sarayı (XVIII əsr), Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə parlaq qələbə qazandı. Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu: “İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənir, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər”. Gördüyünüz kimi, Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, “Qrad” qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin “Qələbə” tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir. Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.
Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi.
Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!
Son olaraq böyük qürur hissi ilə ölkə başçımız, müdrik siyasətçımız, cənab İlham Əliyevin bu sözlərini xatırlamaq istəyirəm. “Vaxt gələcək, biz İrəvanda, Göyçədə, Zəngəzurda yaşayacağıq”…
Rövşən HÜSEYNOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Subyekt.az xəbər portalının təsisçi, baş redaktoru
Subyekt.az