Skip to content
18 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı
  • Xəbərlər

şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı

06 May 2024
IMG-20240506-WA0070
7

Loading

İsmayıllıda şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Bu gün 44 günlük Vətən Müharibəsi şəhidi gizir Ramil Musayevin xatirəsinə həsr edilmiş “Qəhrəmanın şəhadəti” adlı kitabın təqdimat mərasimi keçirilib.

Şəhidin təhsil aldığı N. Behdiyev adına 6 saylı tam orta məktəbdə keçirilən təqdimat mərasimində RİH başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhidin sinif və kursant yoldaşları iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə RİH başçısı Nahid Bağırov açaraq vətənin müdafiəsi uğrunda canından keçən Ramil Musayevin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib, kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz minnətdarlığını bildirib.

Ailə üzvləri çıxış edərək şəhid gizir Ramil Musayevin keçdiyi qəhrəmanlıq yolu, həyatı haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Kitabın müəllifləri tədbir iştirakçılarını kitab haqqında məlumatlandırıblar. Qeyd edilib ki, “Qəhrəmanın şəhadəti” adlı kitabda şəhid, gizir Ramil Musayevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri yer alır.
Digər çıxış edənlər şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək, kitabı ərsəyə gətirənlərə minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə şagirdlər hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Ruhun şad olsun!

 

Subyekt.az

Continue Reading

Previous: Bakı 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilib.
Next: Sumqayıt şəhər sakini itkin düşüb

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib
  • DSX hərbçisi vəfat etdi
  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Namiq Dəlidağlı yaradıcılığının bədii koordinatları və poetik xüsusiyyətləri

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

3
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026
IMG-20260718-WA0010
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib

18 İyul 2026
749404000_858792390422635_3446290338495725364_n
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

DSX hərbçisi vəfat etdi

18 İyul 2026
751865078_1682953282996689_42751466709273461_n
  • Ölkə
  • Xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.