![]()
Kəlbəcər rayonunda həyata keçirilən bərpa və yenidənqurma layihələrinin ictimaiyyətlə əlaqələrinin daha səmərəli təşkili məqsədilə Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidməti Şöbəsinə yeni rəhbər təyin edilib.
Müvafiq vəzifəyə uzunillik media təcrübəsinə malik peşəkar jurnalist Sürayyə Hacıyeva təyin olunub.
Subyekt.az xəbər verir ki, Təyinat barədə məlumat “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev tərəfindən sosial media hesabında ictimaiyyətə açıqlanıb.
Sürayyə Hacıyeva uzun illər media sahəsində uğurla fəaliyyət göstərərək informasiya siyasəti, xəbər istehsalı və ictimai kommunikasiyalar istiqamətində zəngin peşəkar təcrübə qazanıb. O, müxtəlif illərdə AZƏRTAC İnformasiya Agentliyində və CBC TV-nin Xəbərlər redaksiyasında jurnalist kimi çalışaraq operativ, obyektiv və etibarlı informasiya təminatının həyata keçirilməsində mühüm rol oynayıb.
Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətləri Kəlbəcər rayonunda həyata keçirilən bərpa və yenidənqurma layihələrinin gedişi barədə ictimaiyyətin operativ, dolğun və şəffaf məlumatlandırılması, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın genişləndirilməsi, qurumun kommunikasiya strategiyasının təkmilləşdirilməsi və dövlət informasiya siyasətinin effektiv icrasının təmin edilməsindən ibarət olacaq.
Qeyd edək ki, Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin ictimaiyyətə dəqiq, operativ və obyektiv şəkildə çatdırılması məqsədilə Mətbuat Xidməti Şöbəsinin fəaliyyətinin daha da gücləndirilməsi bu təyinatın əsas hədəflərindən biri hesab olunur.
Subyekt.az kollektivi olaraq Sürayyə Hacıyevanı yeni vəzifəyə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Subyekt.az