Rusiyanın Amur vilayətində Daxili İşlər Nazirliyinin “Svobodnenski” bələdiyyələrarası birləşməsinin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin iki əməliyyatçısı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Subyekt.az yerli mediaya istinadla bildirir ki, polislər Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi (“Rüşvət verənin xeyrinə hərəkətsizliyə görə pul şəklində rüşvət alma, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda pul almaq”) ilə ittiham olunurlar. Onların barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaqın məlumatına görə, saxlanılanlar 2022-ci ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər Svobodnı və Blaqoveşensk şəhərlərində meşə təsərrüfatında qanunsuz işləyən vətəndaşlardan 600 min rubldan çox (təxminən 10 min 225 manatdan çox) rüşvət alıblar.
Subyekt.az