![]()
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda tanınmış şair İqbal Nəhmətin 50 illik yubileyi keçirilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu İqbal Nəhmətin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb, yubilyara birliyin Fəxri Diplomunu təqdim edib.
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli cəmiyyətin adından yubilyarı təbrik edib və ona hədiyyələr təqdim edib.
Tədbirdə ilk söz xalq şairi Sabir Rüstəmxanlıya verilib. Sabir müəllim İqbal Nəhmətin yaradıcılığı haqqında ustad fikirlərini bildirib.
Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin şagirdi Yağmur Ağazadə İqbal Nəhmətin vətənpərvərlik mövzusunda yazılmış şeirlərini səsləndirib.
Tədbirdə iştirak edən tanınmış şairlər, yazıçılar və jurnalistlər İqbal Nəhmətin həyat və yaradıcılığı haqqında maraqlı fikirlər səsləndiriblər.
Sonda şair İqbal Nəhmət tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.













Subyekt.az