![]()
Bu gün Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraət ustası, Əməkdar artist Müxlis Cənizadənin anadan olmasının 98-ci ildönümüdür.
Müxlis Mirsabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu Kazım Ziyanın kursunda bitirib. 1953–1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib, 1961-ci ildən ömrünün sonunadək Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
Sənətkar teatr səhnəsindəki fəaliyyəti, kino rolları, rejissorluğu və bədii qiraət ustalığı ilə seçilib. “Dəli Kür” filmində Kipiani, “Bəxtiyar” filmində Kərim, “Əsl dost” filmində Əsəd, “Onu bağışlamaq olarmı?” filmində İbrahimov obrazları, eləcə də bir sıra filmlərin dublyajında səsləndirdiyi rollar onun sənət irsinin yaddaqalan nümunələridir.
1960-cı ildə Əməkdar artist fəxri adına layiq görülən Müxlis Cənizadə Azərbaycan teatr və kino sənətində, bədii qiraət sahəsində özünəməxsus iz qoyub. Görkəmli sənətkar 1972-ci il dekabrın 10-da vəfat edib.
Subyekt.az