![]()
İranın devrilmiş şah ailəsinin nümayəndəsi Rza Pəhləvi dörd aylıq fasilədən sonra yeni bəyanatla çıxış edərək ölkə vətəndaşlarına yaxın günlərdə ediləcək ümummilli çağırışa hazır olmaları barədə müraciət ünvanlayıb.
Bəyanatda qeyd olunur ki, yaxın zamanda ümumxalq çağırışı ilə bağlı ətraflı məlumat Rza Pəhləvinin rəsmi səhifəsində yayımlanacaq.
Müraciətdə bildirilir ki, Ayətullah Əli Xameneinin və İranın dəstəklədiyi silahlı qruplaşmaların bir sıra komandirlərinin ölümündən 120 gün keçməsi, eləcə də ABŞ-ın İslam Respublikasının mövcudluğunu qorumaq niyyətini açıq şəkildə nümayiş etdirməsi fonunda prosesin növbəti mərhələsinin İran xalqının iradəsindən asılı olduğu vurğulanır.
Bəyanatda yaxın günlərdə “son terrorçulara qarşı mübarizənin başlanacağı” ilə bağlı elan veriləcəyinin iddia olunduğu, həmçinin İslam Respublikasının süqutuna doğru geri sayımın başladığı ifadə edilir.
Rza Pəhləvi müraciətində azadlığın kənardan hədiyyə edilməyəcəyini vurğulayaraq, ölkənin gələcəyi və gələcək nəsillərin taleyi naminə mübarizənin İran xalqının öz iradəsindən asılı olduğunu bildirib.

#İran #RzaPəhləvi #İslamRepubilkası #Gündəm #Dünya #Xəbərlər
Subyekt.az