Bir neçə dəqiqə öncə baş tutan müraciətdə Putin əsasən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsi və Rusiyanın ilk dəfə qitələrarası ballistik raketlərdən istifadəsi istiqamətində danışıb.
Putinin əsas tezisləri bunlardır:
– Noyabrın 19-da ABŞ istehsalı olan altı ATACMS operativ-taktiki raketi və noyabrın 21-də Böyük Britaniya istehsalı olan “Storm Shadow” sistemləri ilə Bryansk və Kursk vilayətlərində Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirilib; Rusiya hava hücumundan müdafiə qüvvələri hücumları dəf edib və düşmən öz məqsədlərinə nail olmayıb;
– Bu andan etibarən, biz dəfələrlə vurğuladığımız kimi, Ukraynada əvvəllər Qərbin təhrik etdiyi münaqişəyə qlobal xarakterli elementlər əldə edilib;
– Rusiya özünü Rusiya Federasiyasına qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malik hesab edir;
– Qoşunlarımız bütün döyüş təmas xətti boyunca uğurla irəliləyir, qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapacaq;
– Rusiya Silahlı Qüvvələri Amerika və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə kompleks zərbə endirdi;
– Rusiya eskalasiyaya qəti və güzgü effekti ilə cavab verəcək;
– Rusiyanın istifadə etdiyi raket “Oreşnik” adlanır. Hazırda “Oreşnik” raketlərinin qarşısını almaq mümkün deyil;
– Ən son rus raketləri hədəflərə saniyədə 2-3 km sürətlə hücum edir, düşmənin mövcud raketdən müdafiə sistemləri onların önünü kəsmir;
– Rusiya Federasiyası əvvəlcədən ukraynalı mülki şəxslərə raketlərdən istifadə edildikdə təhlükə zonasını tərk etməyi təklif edəcək.
– Rusiya Federasiyası Yujmaşı nüvəsiz hipersəs ballistik raketlə vurub;
– Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, cavab həmişə olacaq.
Subyekt.az