Subyekt.az Turkustan.az -a istinadən xəbər verir ki, bu iddia ilə kremlyönlü rusiyalı bloger Maksim Paşkov çıxış edib.
“Rusiya xarici oliqarxlara kömək etməməlidir. Təəssüf ki, Abxaziya Rusiya və Gürcüstandan başqa heç kimdən pul ala bilməz. Gürcüstandan pul götürmək isə Abxaziyanın statusunun yenidən baxılması deməkdir. Nümayişçilər bunu gözəl anlayırlar”, – deyə o bildirib.
Lakin Kremlə yaxınlığı ilə seçilən “Taynaya Kanselyariya” Teleqram kanalı Rusiya rəhbərliyinin abxazlara çox qəzəbli olduğunu yazıb:
“Moskvanın hazırda iki variantı var. Ya anti-Rusiya qüvvələrinin hakimiyyətə gəlişinə izin verilməyəcək və Bjaniyaya kömək ediləcək, ya da Abxaziya unudulacaq və Bidzina İvanişvili ilə böyük razılaşmaya hazırlıq başlayacaq”.
Qeyd edək ki, Abxaziyada idarəçiliyi de-fakto ələ keçirən müxalifət Rusiya əleyhinə heç nə planlamadıqlarını elan ediblər, lakin Moskvadan baş verənlərə hələ də normal reaksiya yoxdur. Qondarma rejimin rəhbəri Aslan Bjaniya isə istefaya gedəcəyi vədini versə də, vaxtı açıqlamır.
Bundan öncə seçkiqabağı təşviqat kampaniyası zamanı Gürcüstanın boz kardinalı sayılan Bidzina İvanişvili abxazlar və osetinlərdən üzr istəməli olduqlarını demişdi. Onun çıxışı ərəfəsində isə Tbilisinin iki qondarma rejimlə konfederasiya yaradacağı şayiələri yayılmışdı.
Subyekt.az