Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.
SUBYEKT.AZın Qaynarinfo-dan əldə etdiyi məlumata görə, Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Rəfail Mehdiyev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. O, deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.
Qeyd edək ki, Rəfail Mehdiyev ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu ilin iyul ayında nazirliyin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, qurumun rəis müavini təyin olunub.
Subyekt.az