![]()
21 noyabr 2024-cü il tarixdə Quba rayonunda Rayon İcra Hakimiyyətnin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, həmçinin partiya fəallarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuş, sonra isə YAP Quba rayon təşkilatında tədbir davam etdirilmişdir.
Çıxış edənlər, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Ümummilli Liderimizin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” şüarı ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyasının artıq 32 ildir ki, ölkəmizin həyatında və əldə etdiyi nailiyyətlərdə nəhəng siyasi qüvvə kimi öz dəsti-xəttini nümayiş etdirməsindən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizin əsrlərə bərabər tərəqqi yolu keçməsindən, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuzun otuz illik işğala son qoyaraq Zəfər əldə etməsindən, bu gün isə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, tikinti quruculuq işlərinin həyata keçirilməsindən, Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunmasından danışmışlar.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.





Subyekt.az