![]()
25 iyul 2026-cı il tarixində Quba rayonunun Güləzi kəndində yeni tikilərək istifadəyə verilmiş 200 nəfərlik Folklor Klubunda Quba Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Firəngiz Sabirqızının sayca 7-ci kitabı olan “Uşaq şeirləri” kitabının “Şeirdən Səhnəyə” adlı təqdimat mərasimi keçirilib.
Bayram əhval-ruhiyyəsində təşkil olunan tədbirdə şəhid ailələri, Quba Mədəniyyət Mərkəzinin direktoru, müəllifin balaca oxucuları, yaxınları və Güləzi kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən müəllif bildirib ki, kitabın qısa müddətdə həm uşaqlar, həm də böyüklər tərəfindən böyük maraq və sevgi ilə qarşılanması səbəbindən birinci nəşr artıq tükənmək üzrədir. Bu səbəbdən yaxın günlərdə kitabın ikinci nəşri çapa təqdim olunacaq.
Tədbir Güləzi kənd kitabxanasının filial müdiri Gülnar Abdullayeva, kitabxanaçı Ağababa Tarverdiyev, Güləzi kənd Folklor Klubunun müdiri Ofelya Mikayılova və klubun mədəni təşkilatçısı Təbib Əsgərovun əməyi və təşkilatçılığı ilə yüksək səviyyədə hazırlanıb.
Mərasimdə Firəngiz Sabirqızının “Uşaq şeirləri” kitabından nümunələr səsləndirilib, rəqs nömrələri təqdim olunub. Qubanın sevilən xanəndəsi Aytəkin xanımın və sevilən meyxanaçısı Aqşin Qubalının ifaları isə tədbirə xüsusi rəng qataraq iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Səmimi və yaddaqalan ab-havada keçən təqdimat mərasimi iştirakçılarda xoş təəssüratlar yaradıb və müəllifin yaradıcılığına olan marağın bir daha bariz nümunəsinə çevrilib.




































Subyekt.az