![]()
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək.
Subyekt.az xəbər verir ki, qəbul Oğuz və Qəbələ rayonlarından olan vətəndaşların müraciətlərinin dinlənilməsi, onları narahat edən məsələlərin araşdırılması və aidiyyəti üzrə operativ həllinin təmin edilməsi məqsədi daşıyır.
Vətəndaş qəbulu iyulun 27-də saat 10:00-da başlayacaq.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən regionlarda keçirilən səyyar qəbullar vətəndaş müraciətlərinə çevik baxılması, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi və əhalinin problemlərinin yerində öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
#Qarabağ #BöyükQayıdış #RövşənRzayev #VətəndaşQəbulu
Subyekt.az