![]()
BAKIDA VƏ BƏZİ BÖLGƏLƏRDƏ KÜLƏK GÜCLƏNƏCƏK BƏZİ DAĞLIQ ƏRAZİLƏRDƏ QISA MÜDDƏTLİ YAĞIŞ YAĞACAQ
Bakıda və Abşeron yarımadasında
Havanın əsasən yağmursuz lakin güclü küləkli ( gün ərzində güclü şimal-qərb küləyi əsəcək ) keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 24+27 dərəcə , gündüz 29+31 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26+28 dərəcə arasında dəyişəcək.
Küləkli hava şəraiti ilə əlaqədar dənizə getmək məsləhət görülmür.
Azərbaycanın rayonlarında
Havanın əsasən yağmursuz isti keçəcəyi gözlənilsədə lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı prosesin gedişindən asılı olaraq şimşək çaxması dolu düşə bilər.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir.
Rayonlarda mülayim külək əsəcək, bəzi ərazilərdə arabir güclənəcək.
Subyekt.az