Fövqəladə Hallar Nazirliyindən (FHN) Ajans.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
“Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində onmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində, biri azyaşlı olmaqla, ümumilikdə 7 bina sakini təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb” ,- məlumatda qeyd edilib.
Subyekt.az