
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammitində iştirak edən xarici liderlər üçün hədiyyələr hazırlayıb.
Subyekt.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Xatırladaq ki, iyun ayında Putin Şimali Koreya lideri Kim Çen Ina “Arus” markalı avtomobil və çay dəsti hədiyyə etmişdi.
Subyekt.az