![]()
Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətlə birlikdə istefa verib.
Subyekt.az “Yeni Sabah” -a istinadla xəbər verir ki, bu, siyasi böhran və ya növbədənkənar qərarla deyil, ölkə Konstitusiyasının tələbinə uyğun olaraq baş verib. Konstitusiyaya əsasən, yeni seçilmiş parlamentin ilk iclası günü hökumət səlahiyyətlərini buraxır.
Avqustun 2-də iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşan Ermənistan Milli Məclisinin IX çağırış üzrə ilk iclası keçirilir. İlk iclasda parlament rəhbərliyinin seçilməsi, deputatların andiçməsi və digər təşkilati məsələlərə baxılır. Parlament sədri seçilənədək iclasa ən yaşlı deputat Knyaz Həsənov sədrlik edir.
Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, yeni parlamentdə hakim Vətəndaş Müqaviləsi Partiyası 64 mandat əldə edib. Güclü Ermənistan bloku 29, Ermənistan bloku isə 12 mandatla təmsil olunur.
Ermənistan qanunvericiliyinə əsasən, hökumət istefa versə də, yeni kabinet formalaşdırılanadək öz vəzifələrini icra etməyə davam edir. Parlamentdə çoxluğa sahib olan Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanın yenidən baş nazir təyin ediləcəyi gözlənilir.
Subyekt.az