Naxçıvan Ali Məclisinin deputatlarının nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ məhdudlaşdırılır. Bu barədə müvafiq qanunlara dəyişiklik ediləcək.
Mövcud qanunvericiliyə görə, Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir.
Dəyişikliyə əsasən Naxçıvan deputatları sadəcə dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil nəqliyyatında gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edə biləcək.
Müvafiq dəyişikliyini tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Subyekt.az