Pullar uzun müddət istifadə olunduğu üçün təbii olaraq zamanla zədələnir. Yaxud insanlar səhvən onun müəyyən hissəsini yararsız hala salır.
Mərkəzi Bankın şöbə müdiri Nəsib Pənahlı yararsız pullarla bağlı məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, pul nişanı bütöv səthdən yaxud bir neçə hissədən ibarət ola bilər.
“Bu hissələr ardıcıllıq təşkil etməlidir. Ardıcıllıq təşkil edən bu hissələr pul nişanının səthinin ən azı 60%-ni saxlamalıdır. Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi, ekspertizası qaydalarının tələblərinə uyğun olaraq Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini ödənişsiz və heç bir məhdudiyyət olmadan həyata keçirir”, – şöbə müdiri İctimai televiziyaya açıqlamasında bildirib.
Nəsib Pəbahlı qeyd edib ki, bütöv səthin üzərindəki təsvir və yazıları onun nominalını müəyyən edə biləcək həcmdə saxlamalıdır: “Eyni zamanda metal pul nişanı heç bir deformasiyaya məruz qalmamalıdır ki, nişanın nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilsin”.
Subyekt.az