Edis Piafın kült mahnısı olan “Non, je ne regrette rien”in musiqisini yazan müğənni və bəstəkar Çarlz Dümont 96 yaşında vəfat edib.
Subyekt.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Dümontun yaxınları müğənninin uzun sürən xəstəlikdən sonra ötən gecə Parisdəki evində dünyasını dəyişdiyini bildiriblər.
Çarlz Dümont bir çox məşhur musiqiçilərlə, o cümlədən amerikalı müğənni Barbra Streisand ilə əməkdaşlıq edib və onlar üçün “Mən burada oldum” hitini yazıb.
Subyekt.az