Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib.
Subyekt.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.
Subyekt.az