Media nümayəndələrinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanı rəhbərinin adından akkreditasiyadan keçməli olan, Media Reyestrinə daxil edilmiş əməkdaşların anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə) göstərilməklə parlament Aparatı rəhbərinin adına müraciətinizi bu il avqust ayının 25-dək Milli Məclisin
office@meclis.gov.az e-poçtuna və ya məktub şəklində parlamentin poçt ünvanına (AZ1152, Bakı, Parlament prospekti 1) göndərməyiniz xahiş olunur.