Lerikdə yağan qarın hündürlüyü 5-6 sm-ə çatıb. Ötən gündən başlayaraq Lerik rayonunun dağlıq ərazilərinə ilk qar yağıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, dağlara təqribən 5-6 sm qar yağıb: “Şəhər mərkəzində qar yoxdur. Yollar da açıqdır. Hərəkətdə hər hansı bir məhdudiyyət yoxdur”.
Subyekt.az