![]()
20 noyabr 2026-cı il tarixində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri fərdi qaydada dinlənilib, onları rahatsız edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qaldırılan problemlərin qanunvericilik çərçivəsində həlli imkanları müzakirə olunub.
Müraciət müəlliflərinə müvafiq hüquqi izahatlar verilib, həlli əlavə araşdırma tələb edən məsələlərin aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Komitə sədri vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşmanın, dövlət qurumları ilə vətəndaşlar arasında səmərəli əlaqələrin gücləndirilməsinin önəmini vurğulayıb.
Qəbulda səsləndirilən müraciətlərin araşdırılmasının və nəticələri barədə vətəndaşların məlumatlandırılmasının diqqətdə saxlanılacağı bildirilib.
Subyekt.az