![]()
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov rayon sakinləri ilə görüş keçiriblər.
Subyekt.az xəbər verir ki, görüş zamanı sakinlərin gündəlik həyatına dair məsələlər, onların müraciət və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə bildirilib ki, İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. Qeyd olunub ki, həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsinə və dayanıqlı məskunlaşmanın formalaşdırılmasına xidmət edir.
Görüş çərçivəsində Anar Əliyevin ailəsi də ziyarət olunub. Şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb.
Sonda şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.




Subyekt.az