![]()
BƏZİ ƏRAZİLƏRDƏ ARABİR YAĞIŞLI HAVA DAVAM EDƏCƏK
Bakıda və Abşeron yarımadasında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin avqustun 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək gündüz bəzi yerlərdə mülayim cənub-şərq küləyi ilə axşam isə əksər ərazilərdə mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23+26 dərəcə , gündüz 31+36 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26+28 dərəcə arasında dəyişəcək.
Azərbaycanın rayonlarında
Ölkənin bəzi ərazilərində arabir yağış yağacağı ayrı-ayrı yerlərdə intensivləşəcəyi şimşək çaxacağı dolu düşəcəyi gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir.
Rayonlarda mülayim külək əsəcək, bəzi ərazilərdə arabir güclənəcək.
Subyekt.az