![]()
Naxçıvanda seçicilərlə keçirilən görüşlərdə sosial, məşğulluq və infrastruktur məsələləri müzakirə olunub
13 avqust 2026-cı il tarixində Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Kültəpə və Kərimbəyli kəndlərində sakinlərlə növbəti vətəndaş görüşləri keçirib.
Görüşlər hər iki kəndin mərkəzində təşkil olunub. Kültəpə kəndində keçirilən görüşdə Kültəpə ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Cümşüd Novruzov da iştirak edib.
Vətəndaş qəbulunda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı müzakirələr aparılıb. Müraciətlər əsasən ünvanlı sosial yardımın göstərilməsi, məşğulluğun təmin olunması, işsizliklə bağlı çətinliklərin aradan qaldırılması, kənddə su təminatının yaxşılaşdırılması və digər sosial xarakterli məsələlərlə bağlı olub.
Sakinlər tərəfindən qaldırılan məsələlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb. Müraciətlərin araşdırılması və həlli məqsədilə müvafiq məlumatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib. Vətəndaşlara müraciətlərin operativ şəkildə araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.
Görüşlər zamanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində diqqətə çatdırılan məsələlər, regionun sosial-iqtisadi inkişaf perspektivləri və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparılıb.
Kültəpə və Kərimbəyli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







#ÜlviyyəHəmzəyeva #YAP #MilliMəclis #Deputat #Babək #Naxçıvan #Culfa #Kültəpə #Kərimbəyli #SeçicilərləGörüş #Seçicilər #Azərbaycan #VətəndaşQəbulu
Subyekt.az