![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 19-da Kəlbəcər şəhərində vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı vətəndaşların müraciətləri əsasən köçürülmə, məskunlaşdırma, məşğulluq, sosial təminat və digər sosial yönümlü məsələləri əhatə edib. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, vətəndaş müraciətlərinə həssas yanaşılması, onların sosial rifahının yaxşılaşdırılması və qarşıya çıxan problemlərin operativ həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu baxımdan qəbula daxil olan müraciətlər nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaş qəbullarının regionlarda mütəmadi keçirilməsi dövlət orqanları ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin gücləndirilməsi, mövcud problemlərin yerində araşdırılması və operativ həllinə xidmət edir.










Subyekt.az