![]()
“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsinin hazırlanması məqsədilə Asiya İnkişaf Bankı nümayəndələrinin səfərinin yekunları ilə bağlı avqustun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüşdə Asiya İnkişaf Bankının nümayəndə heyəti tərəfindən cari ilin 10-18 avqust tarixlərində ölkədə bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi üçün maraqlı tərəflərlə həyata keçirilən görüşlərin və regionlara sahə səfərlərinin nəticələri əsasında təkliflər və növbəti fəaliyyət istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, sözügedən layihə “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 may tarixli 665 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanır.

Subyekt.az