![]()
Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Möhsün Sənaninin anadan olmasının 126 ili tamam olur.
Möhsün Sənani 1900-cü ildə Tiflis şəhərində anadan olub. O, çətin uşaqlıq və gənclik illərinə baxmayaraq, səhnəyə olan böyük sevgisi sayəsində Azərbaycan teatr sənətinin ən tanınmış simalarından birinə çevrilib.
Sənətkar “Arşın mal alan”, “Məşədi İbad”, “Otello”, “Nadir Şah” kimi tamaşalarda uğurlu çıxışları ilə yanaşı, “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və digər filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
1949-cu ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülən Möhsün Sənani 1981-ci ildə vəfat edib.
Subyekt.az